Haqqımızda

“Net Travel” - turizm sahəsində müxtəlif xidmətlər təklif edən şirkətlərdən biridir. “Net Travel” - dünyanın bir çox turizm şirkətləri ilə əməkdaşlıq edir. Şirkətimiz Azərbaycana gələn xarici turistlərə və Azərbaycandan xaricə gedən soydaşlarımıza bir neçə dildə yüksək keyfiyyətli xidmətlər göstərir.

 

“Net Travel” rəqəmsal marketinq və reklam sahəsində böyük təcrübəyə malik “Net Group” şirkətinin bir filialıdır. “Net Group” şirkəti Azərbaycan bazarında 5 ildən çox iş təcrübəsinə malikdir və Premium Bank, Paşa Sığorta, Silk Way Airlines, Azərbaycan Hava Yolları, Mercedes-Benz Azerbaijan, Porsche, İmprotex motors, Audi Azerbaijan, Mazda, Toyota və Air Group kimi böyük şirkətlərin tərəfdaşıdır.

 

Şirkətimiz Sizə turizm sektoru ilə əlaqəli bütün xidmətləri, məsələn: bilet satışı, otel rezervasiyası, turların təşkili, nəqliyyat xidmətləri, viza dəstəyi və digər turizm xidmətləri təqdim edəcəkdir. Xidmətlərimizi yaxşılaşdırmaq, xarici şirkətlərlə münasibətlərimizi gücləndirmək və daha yaxşı müştəri xidmətləri göstərmək üçün Biz Azərbaycanda və xaricdə keçirilən sərgilərdə iştirak edirik.